PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions

Journal Information
ISSN / EISSN : 1609-1620 / 2674-5224
Current Publisher: İqtisad Universiteti nəşriyyatı (10.36962)
Total articles ≅ 17
Filter:

Latest articles in this journal

Зумруд Шабанова
PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions, Volume 05, pp 76-84; doi:10.36962/0501202176

Abstract:
Предложена общая кинетическая схема механизма и разработана теоретически обоснованная кинетическая модель окислительного дегидрирования нафтеновых углеводородов с участием молекулярного кислорода на модифицированных цеолитных катализаторах, описывающая скорость образования основных и побочных продуктов реакций. Выявлено влияние отдельных компонентов катализаторов на их активность. Экспериментально установлено, что направление реакции в зависимости от дисперсности металлических частиц на поверхности катализатора меняется в широком интервале. Рассчитаны численные значения констант кинетической модели. Ключевые слова: механизм; модель; окислительное дегидрирование, цеолит, нафтены
Israfil Bəxtiyarov
PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions, Volume 05, pp 38-44; doi:10.36962/0501202138

Abstract:
Tədqiqatlar əsasında müəyyən olunmuşdur ki, M-PSK tipli modulyasiya sxeminin və Rid-Solomon kodunun istifadə edilməsi paket xəbərlərinin ötürülmə prosesini optimallaşdırır, verilən siqnal-əngəl nisbəti üçün bit səhv əmsalını minimuma endirir və itirilən paketləri kodun uzunluğu və informasiya ardıcıllığı vasitəsilə əlavə təkrar sorğular olmadan bərpa edilməsini təmin edir. Modelin tədqiqi əsasında əldə edilmiş nəticələr, qəbulun əngələdavamlılıq xarakteristikalarının qiymətləndirilməsi dəqiqliyini yaxşılaşdırmağa və qeyri-koherent qəbul zamanı qəbuledicinin iş keyfiyyətini yüksəltməyə imkan verir. Multimediya xidmətləri göstərilərkən SDN, IMS və NFV kimi innovativ texnologiyalar əsasında korporativ multiservis şəbəkələrin iş etibarlılığını, imtinaya davamlılığını və dözümlülüyünün yüksəldilməsi üsulları və vasitələri araşdırılmış, aparat-proqram komplekslərinin fəaliyyətinin etibarlılığının fərdi və kompleks göstəricilərini qiymətləndirmək üçün sistemin informasiya və şəbəkə resurslarını nəzərə alan RM-in qurulmasına yeni yanaşma təklif edilmiş və rabitə şəbəkələrinin keyfiyyətinin ehtimal xarakteristikalarını qiymətləndirməyə imkan verən analitik ifadələr alınmışdır. Açar sözlər. Korporativ rabitə şəbəkələri, etibarlılıq göstəriciləri, imtinalara davamlılıq göstəriciləri, kommutasiya elementi, rabitə xətti, rabitə şəbəkəsi.
Nərgiz Bağırova, Gülnarə Sultanova
PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions, Volume 05, pp 58-64; doi:10.36962/0501202158

Abstract:
Bu işdə başlıca vəzifə neftin emal prosesində yaranan çirkab sularının ətraf mühitə vurduğu zərəri azaltmaq məqsədi ilə tədqiqat işləri aparmaq, elmi cəhətdən əsaslandırılmış təkliflər işləyib hazırlamaqdır. Bu işdə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı məsələlərin həll edilməsi nəzərdə tutulmuşdur: Azərbaycan neftinin tərkibini onun fiziki və kimyəvi xassələrinin araşdırmaq; xam neftin müxtəlif metodlarla emalı zamanı yaranan işlənmiş çirkab sularının ətraf mühitə təsirini araşdırmaq; neftin emalı zamanı yaranan çirkab sularının ətraf mühitə təsirini azaltmaq məqsədi ilə təmizləmə qurğularının işlərinin təkmilləşdirilməsi. Tədqiqat obyekti kimi ətraf mühitə çirkab suları atan neft emalı zavodlarının göstəricilərinə istinad edilmişdir. Çirkab sularının aromatik karbohidrogenlərdən təmizlənməsində ekstraksiya üsulu işlənib hazırlanmışdır. Tullantı sularında çirkləndirici maddələrin buraxıla bilən qatılığına və çirkab sularının fiziki-kimyəvi üsullarla təmizlənməsinə baxılmışdır. Çirkab sularının aromatik karbohidrogenlərdən təmizlənməsinin müasir vəziyyəti təhlil edilmişdir. Piroliz prosesində yaranan çirkab sularının təmizlənmə texnologiyası işlənmişdir. Çirkab sularının ekstraksiya üsulu ilə təmizlənməsi, çirkab sularının üzvi həlledicilər vasitəsilə ekstraksiya ilə resirkulyasiya təmizlənməsi və ayrılması, üzvi birləşmələrin izopropil efiri vasitəsilə maye fazada ekstraksiyası öyrənilmişdir. Açar sözlər: ekstraksiya, çirkab suları, aromatik karbohidrogenlər, piroliz prosesi, izopropil efiri, resurkulyasiya.
Xasay Musayev, Fuad Hüseynov
PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions, Volume 05, pp 65-70; doi:10.36962/0501202165

Abstract:
Bu məqalədə məqsəd yumşaq pnevmatik örtüklərdə qüvvə komponentlərinin qiymətini araşdırmaqdan ibarətdir. Yumşaq pnevmatik örtüklərə o örtüklər deyilir ki, örtüyün qalınlığı konstruksiyanın ən kiçik hissəsindən 10 dəfələrlə kiçik olsun. Oxa simmetrik yüklənmiş nazik divarlı fırlanan yumşaq pnevmatik örtüyün hesabatı, ancaq 3 örtüyün xüsusi çəkisinə görə hesablanıb. Məqalədə buna dair iki misal yumşaq pnevmatik örtüklərə uyğun örtüklər üzərində aparılmışdır. Açar sözlər: pnevmatik, örtüklər, yumşaq, tənliklər, komponentlər, xüsusi çəki, konstruksiya.
Eldar Fərhadzadə, Elnur Əliyev
PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions, Volume 05, pp 14-20; doi:10.36962/0501202114

Abstract:
Məqalədə qeyri-məhsuldar elektrik enerjisi itkilərinin azaldılması hesabına suyun neft layina vurulmasi üçün nasos stansiyalarının enerji səmərəliliyinin yüksəldilməsi məsələlərinə baxılmışdır. Bu məqsədlə, həmin nasos stansiyalarında elektrik enerjisi işlədicilərinin strukturu araşdırılmış, qeyri-məhsuldar elektrik enerjisi itkilərinin daha çox olduğu elementlər müəyyən olunmuş, həmçinin nasos stansiyalarının iş rejimlərinin mövcud idarəetmə üsulları və onların təkmilləşdirilməsi yolları təhlil edilmişdir. Araşdırmalar göstərir ki, laya su vurulması üçün elektrik enerjisi istehlakı müasir neft yatağının enerji istehlakının 60%-ni təşkil edir. Eyni zamanda, neft hasilatında baş verən qeyri-məhsuldar elektrik enerjisi itkilərinin 55-60%-i lay təzyiqinin saxlanılması sisteminin payına düşür. Elektrik itkilərinin əksər hissəsi laya su vurulması üçün nəzərdə tutulmuş nasos aqreqatlarında baş verir ki, bu da onların elektrik intiqalının idarəetmə səviyyəsinin aşağı olması və uyğun olaraq, nasos qrupunun parametrlərinin hidravlik şəbəkənin parametrlərinə və neft yataqlarının işlənmə texnologiyasının dəyişən şərаitinə uyğunsuzluğu ilə izah olunur. Belə ki, istifadə olunan tənzimlənmə üsullarının əksəriyyəti yalnız tələb olunan suvurma həcmlərinin təmin edilməsinə yönəldiyindən, burada məsələnin energetik tərəfi nəzərə alınmır. Bu isə sistemdə elektrik enerjisi itkilərinin artmasına səbəb olmaqla yanaşı, nasos aqreqatlarının iş rejimlərinə nəzarət imkanlarını genişləndirməyə də imkan vermir. Bundan əlavə, nasos aqreqatlarının elektrik mühərriklərinin optimal gücünün müəyyən olunması da nasos stansiyalarının energetik və texnoloji səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlərin vacib hissəsidir. Lay təzyiqinin saxlanılması sistemində yüksək elektrik enerjisi itkisi probleminin qənaətbəxş həlli üçün nasos aqreqatlarının iş rejimlərinə nəzarət etmək üçün mövcud və yeni yanaşmaların təhlili aparılmışdır. Müəyyən olunmuşdur ki, nasos aqreqatlarının məhsuldarlığının valın fırlanma tezliyinin dəyişdirilməsilə tənzimlənməsi üsulundan istifadə etməklə, həm nasos stansiyasının texnoloji imkanlarının genişləndirilməsinə, həm də qeyri-məhsuldar elektrik enerjisi itkilərinin minimuma endirilməsinə nail olmaq mümkündür. Tezlik tənzimləyicili elektrik intiqallarından istifadə olunması paralel işləyən nasos aqreqatları arasında yükün optimal paylanmasına imkan verir ki, bu da hidravlik və energetik xarakteristikaları fərqli olan nasosların birgə işi zamanı xüsusilə vacibdir. Beləliklə, mövcud nasos stansiyalarının modernləşdirilməsi və ya yenilərinin layihələndirilməsi zamanı, tezlik tənzimləyicili intiqallarda asinxron mühərriklərin rasional qidalanma sxemini müəyyən etməklə sistemin işləkliyini və etibarlılığını təmin etmək mümkündür. Açar sözlər: enerji səmərəliliyi, nasos stansiyası, lay təzyiqi, elektrik enerjisi, məhsuldarlıq, elektrik mühərriki.
Sənan Cəfərov, Oqtay Mirzəyev, Icabikə Sərdarova
PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions, Volume 05, pp 21-25; doi:10.36962/0501202121

Abstract:
Məqalədə “Birstol Babcock” kompaniyasının həlli əsaında müasir “intelektual” neft yataqlarını müasir qurulma prinsipləri araşdırılmışdır. İlk olaraq neft sənayesində yaranmış problemlər araşdırılmışdır. Problemdən çıxış yolu kimi müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məqsədəuyğun hesab edilmişdir. DPC3330 və DPC3335 kontrollerlərinin tətbiqi ilə “intellektual” neft yataqlarının qurulması və idarə edilməsi prinsipləri araşdırılmışdır. Nəzarət və idarə olunan parametrlərin sayı çox olduqda (>1000) RİO3331 və RTU3310 modullarından istifadfə edtmək lazımdır. Açar sözlər: Avtomatlaşdırılmış işçi yeri, proqramlaşdırılan məntiqi kontroller, sənaye şinləri, verici, icra mexanizmi.
Rəfail Əsədov, Tamella Məhərrəmova, Elçin Məlikov
PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions, Volume 05, pp 32-37; doi:10.36962/0501202132

Abstract:
Polietilen ilk yüksək tutumlu və ən geniş yayılmış polimer materialdır. Polietilen etilenin sərbəst radikal mexanizmi ilə polimerləşməsi nəticəsində istehsal olunan sintetik polimerdir. Xüsusi plyonkalar, çantalar, plastik qablar, bidonlar istehsalı üçün ən əvəz olunmaz və vacib olan ən qədim polimerlərdən biri polietilendir. Yeni texnologiyaların sürətli inkişafına və müasir materialların tətbiqinə baxmayaraq, polietilenə tələbat daim artır. Bu nöqteyi-nəzərdən, effektiv müasir kompleks texniki vasitələrindən, effektiv riyazi modellər, metodlar və idarəetmə alqoritmlərdən istifadə edərək, yüksək təzyiqli polietilen əldə etmək üçün baxılan texnoloji prosesin optimal idarə edilməsi məsələsini həll etmək aktual və vacibdir. Açar sözlər: yüksək təzyiqli polietilen, polimerləşmə prosesi, borulu reaktor, texnoloji parametrlər, optimallaşdırma məsələsi, termal parçalanma, Laqranj metodu, qeyri-xətti proqramlaşdırma, optimal iş rejimləri.
Сahangir Ахундов
PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions, Volume 05, pp 10-13; doi:10.36962/0501202110

Abstract:
İndiyə qədər fiziki, kimyavi, bioloji, tibb və s. sahələrdəki poseslərdə sirrili təbiyyət fenomeni olan osmos effektinin, onun yaratdığı osmos təzyiqinin mənfi və müsbət təsirlərinin öyrənilməsi, ondan səmərəli istifadə qaydaları müəyyən qədər tədqiq olunmuşdur. Çox təssüflə demək lazımdır ki, insanların iqtisadiyyatlarinin əsas mənbə olan yer qabığında və müxtəlif fiziki-kimyavi xassələri olan müxtəlif lay dəstələrində osmos fenomeni ətraflə tədqiq olunmamışdır. Osmosun yer kürəsində və onun ayrı-ayrı laylarında öyrənilməsi yaranan tektoniki proseslərin ətraflı öyrənilməsinə, neft və qaz quyularının qazılmasında yaranan mürəkkəbləşmələrin səbəblərinin düzgün öyrənilməsinə, nefin məhsuldar laylardan çıxarılması əmisalının artırılmasına müsbət təsirini göstərərdi. Açar sözlər: osmos, təzyiq, ion, tökülmə, qəza.
Vüsal Hüseynov Vüsal Hüseynov
PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions, Volume 05, pp 4-9; doi:10.36962/0501202104

Abstract:
Bu tədqiqat işində yüksək enerjili üyütmənin biotibbi tətbiqlər üçün nəzərdə tutulmuş yeni Ti-Mo-Sn ərintisinin strukturuna təsirinin nəticələri təqdim edilir. Tədqiqat zamanı ovuntular aşağıdakı xırdalama müddətləri ilə 5, 15, 30 və 45 saat üyüdülmüşdür. Mexaniki dəyirmandan alınmış ovuntular rentgen difraksiyası, transmisiya və skanedici elektron mikroskopiya üsulları ilə tədqiq olunmuşdur. Müxtəlif üyütmə mərhələlərindən sonra ovuntu morfologiyasının müşahidələrindən belə nəticəyə gəlinir ki, üyütmə müddəti artdıqca ovuntu hissəciklərinin ölçüsü və aqreqasiya dərəcəsi dəyişir. Bununla yanaşı mexaniki legirləmə prosesinin hər mərhələsində hissəciklərin azalma meyli açıq şəkildə müşahidə olunur. Rentgen difraksiyasının nəticələri α və β fazalarını və molibdenin mövcudluğunu təsdiqləyir. Sn fazında qüsurların beş saat üyütmədən sonra yoxa çıxdığını, Sn-in Ti-da həll olunmasının reallaşdığını və titan əsaslı qatı məhlulun yaranmasına səbəb olduğu aşkar edilmişdir. Son mərhələdə 46 % küt. olan β-Ti fazasının əmələ gəlməsi 30 və 45 saatdan sonra mexaniki legirləmədə müşahidə olunmuşdur. Kristallit ölçüsünün azaldılmasının maksimum səviyyəsi 45 saat üyütmədən sonra əldə edilmişdir. Açar sözlər: biotibbi ərinti, mexaniki legirləmə, üyütmə müddəti, ovuntu hissəciyi
Dürdanə Rüstəmova
PAHTEI-Procedings of Azerbaijan High Technical Educational Institutions, Volume 05, pp 26-31; doi:10.36962/0501202126

Abstract:
Təqdim olunmuş materialda işğaldan azad olunmuş regionlarda günəş enerjisi potensialından istifadənin ekoloji faydalarına baxılmışdır. Məlumdur ki, günəş enerjisi potensialının istifadəsi heç bir tullantılara yol verməyən, ekoloji çirklənmələr yaratmayan vasitələr olduğundan böyük üstünlüyə malikdir. İşdə bu üstünlüklər əsaslandırılmış və müqayisəli təhlilinə baxılmışdır. İşğaldan azad olunmuş regionlarda günəş enerji stansiyalarının yaradılmasının mümkünlüyü əsaslandırılmış, səmərəlilik effektliyi tədqiq olunmuş və müsbət nəticələrin alınması təsdiq olunmuşdur. Açar sözlər: yarımstansiya, alternativ energetika, radiasiya, monokristal silisium, kollektor, fotoelektrik çeviriciləri, günəş elementləri, parabolik güzgülər, fotoelementlər, metalhidrid akkumulyatorları
Back to Top Top