Abstract
Kimya sənayesi dünya iqtisadiyyatına təsir edən bütün inkişaflara ən həssas olan sənaye sahəsidir. Qlobal böyümə dünyadakı dəyişikliklər xammal qiymətlərinin dəyişkənliyinə səbəb olsa da, tələbin dəyişməsi kimya sənayesindəki məhsul istehsalını artırmaqda davam edir. Bu dinamika ilə dünya kimya sənayesinin ortamüddətli perspektivdə qlobal iqtisadiyyatda sürətlə inkişafı gözlənilir. Sənayedə güclü rəqabət, ətraf mühitin tənzimlənməsi və qlobal ticarətdə qoruyucu meyllər sektorun əsas tərəfləridir. Uzunmüddətli perspektivdə Cənubi Qafqaz regionunda dəyər zəncirinin ən yüksək seqmentində fəaliyyət göstərən müəssisələr Azərbaycan Respublikasındadır. Bu məqsədlə xarici sərmayələrin dəstəklənməsi, bu sahədə fəaliyyət göstərən müəssisələrə maliyyə və texnoloji dəstək verilməsi kimi siyasət davam etməkdədir. Müəssisələrin müasir texnologiyalar əsasında yenidən qurulması, onların modernləşdirilməsi və avtomatlaşdırılması, yerli ehtiyat və xammal ilə yeni sənaye komplekslərinin yaradılması, ixrac yönümlü məhsulların istehsalı və genişləndirilməsi, rəqabətli sənaye istehsalının qurulmasıdır. İxracyönümlü istehsal sahələrinin yaradılması və yüksək ixtisaslı kadr potensialının hazırlanması ilə kimya sənaye məhsullarının idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldılacaq və orta tələbat sahələri yerli məhsullarla qarşılanacaqdır. Açar sözlər: kimya sənayesi, qlobal iqtisadiyyat, qlobal ticarət, ixrac yönümlü məhsullar, sənaye aktivləri, regional bazarlar, beynəlxalq bazarlar, qiymətli məhsullar seqmenti, texnoloji məhsul.