PİROLİZ PROSESİNİN ÇİRKAB SULARININ EKSTRAKSİYA ÜSULU İLƏ TƏMİZLƏNMƏSİ

Abstract
Bu işdə başlıca vəzifə neftin emal prosesində yaranan çirkab sularının ətraf mühitə vurduğu zərəri azaltmaq məqsədi ilə tədqiqat işləri aparmaq, elmi cəhətdən əsaslandırılmış təkliflər işləyib hazırlamaqdır. Bu işdə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı məsələlərin həll edilməsi nəzərdə tutulmuşdur: Azərbaycan neftinin tərkibini onun fiziki və kimyəvi xassələrinin araşdırmaq; xam neftin müxtəlif metodlarla emalı zamanı yaranan işlənmiş çirkab sularının ətraf mühitə təsirini araşdırmaq; neftin emalı zamanı yaranan çirkab sularının ətraf mühitə təsirini azaltmaq məqsədi ilə təmizləmə qurğularının işlərinin təkmilləşdirilməsi. Tədqiqat obyekti kimi ətraf mühitə çirkab suları atan neft emalı zavodlarının göstəricilərinə istinad edilmişdir. Çirkab sularının aromatik karbohidrogenlərdən təmizlənməsində ekstraksiya üsulu işlənib hazırlanmışdır. Tullantı sularında çirkləndirici maddələrin buraxıla bilən qatılığına və çirkab sularının fiziki-kimyəvi üsullarla təmizlənməsinə baxılmışdır. Çirkab sularının aromatik karbohidrogenlərdən təmizlənməsinin müasir vəziyyəti təhlil edilmişdir. Piroliz prosesində yaranan çirkab sularının təmizlənmə texnologiyası işlənmişdir. Çirkab sularının ekstraksiya üsulu ilə təmizlənməsi, çirkab sularının üzvi həlledicilər vasitəsilə ekstraksiya ilə resirkulyasiya təmizlənməsi və ayrılması, üzvi birləşmələrin izopropil efiri vasitəsilə maye fazada ekstraksiyası öyrənilmişdir. Açar sözlər: ekstraksiya, çirkab suları, aromatik karbohidrogenlər, piroliz prosesi, izopropil efiri, resurkulyasiya.