Abstract
Tədqiqatlar əsasında müəyyən olunmuşdur ki, M-PSK tipli modulyasiya sxeminin və Rid-Solomon kodunun istifadə edilməsi paket xəbərlərinin ötürülmə prosesini optimallaşdırır, verilən siqnal-əngəl nisbəti üçün bit səhv əmsalını minimuma endirir və itirilən paketləri kodun uzunluğu və informasiya ardıcıllığı vasitəsilə əlavə təkrar sorğular olmadan bərpa edilməsini təmin edir. Modelin tədqiqi əsasında əldə edilmiş nəticələr, qəbulun əngələdavamlılıq xarakteristikalarının qiymətləndirilməsi dəqiqliyini yaxşılaşdırmağa və qeyri-koherent qəbul zamanı qəbuledicinin iş keyfiyyətini yüksəltməyə imkan verir. Multimediya xidmətləri göstərilərkən SDN, IMS və NFV kimi innovativ texnologiyalar əsasında korporativ multiservis şəbəkələrin iş etibarlılığını, imtinaya davamlılığını və dözümlülüyünün yüksəldilməsi üsulları və vasitələri araşdırılmış, aparat-proqram komplekslərinin fəaliyyətinin etibarlılığının fərdi və kompleks göstəricilərini qiymətləndirmək üçün sistemin informasiya və şəbəkə resurslarını nəzərə alan RM-in qurulmasına yeni yanaşma təklif edilmiş və rabitə şəbəkələrinin keyfiyyətinin ehtimal xarakteristikalarını qiymətləndirməyə imkan verən analitik ifadələr alınmışdır. Açar sözlər. Korporativ rabitə şəbəkələri, etibarlılıq göstəriciləri, imtinalara davamlılıq göstəriciləri, kommutasiya elementi, rabitə xətti, rabitə şəbəkəsi.