MEXANİKİ LEGİRLƏMƏ ÜSULU İLƏ HAZIRLANMIŞ BİOTİBBİ Ti-Mo-Sn ƏRİNTİSİNİN MİKROQURULUŞ XÜSUSİYYƏTLƏRİ

Abstract
Bu tədqiqat işində yüksək enerjili üyütmənin biotibbi tətbiqlər üçün nəzərdə tutulmuş yeni Ti-Mo-Sn ərintisinin strukturuna təsirinin nəticələri təqdim edilir. Tədqiqat zamanı ovuntular aşağıdakı xırdalama müddətləri ilə 5, 15, 30 və 45 saat üyüdülmüşdür. Mexaniki dəyirmandan alınmış ovuntular rentgen difraksiyası, transmisiya və skanedici elektron mikroskopiya üsulları ilə tədqiq olunmuşdur. Müxtəlif üyütmə mərhələlərindən sonra ovuntu morfologiyasının müşahidələrindən belə nəticəyə gəlinir ki, üyütmə müddəti artdıqca ovuntu hissəciklərinin ölçüsü və aqreqasiya dərəcəsi dəyişir. Bununla yanaşı mexaniki legirləmə prosesinin hər mərhələsində hissəciklərin azalma meyli açıq şəkildə müşahidə olunur. Rentgen difraksiyasının nəticələri α və β fazalarını və molibdenin mövcudluğunu təsdiqləyir. Sn fazında qüsurların beş saat üyütmədən sonra yoxa çıxdığını, Sn-in Ti-da həll olunmasının reallaşdığını və titan əsaslı qatı məhlulun yaranmasına səbəb olduğu aşkar edilmişdir. Son mərhələdə 46 % küt. olan β-Ti fazasının əmələ gəlməsi 30 və 45 saatdan sonra mexaniki legirləmədə müşahidə olunmuşdur. Kristallit ölçüsünün azaldılmasının maksimum səviyyəsi 45 saat üyütmədən sonra əldə edilmişdir. Açar sözlər: biotibbi ərinti, mexaniki legirləmə, üyütmə müddəti, ovuntu hissəciyi